Xalq rəssamı sevənlərini sevindirəcək

Xalq rəssamı sevənlərini sevindirəcək

Oktyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində görkəmli heykəltəraş, Xalq Rəssamı, Dövlət mükafatı laureatı Tokay Məmmədovun sərgisi açılacaq. SİA-nın məlumatına görə, sərgi T.Məmmədovun 90 illik yubileyinə həsr ediləcək.

Xatırladaq ki, T.Məmmədov bu il “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. İyulun 17-də Nizami Kino Mərkəzində T.Məmmədovun anadan olmasının 90 illik yubileyi qeyd olunub.

Sərgi oktyabrın 7-dək davam edəcək.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə