“Ümumdünya Turizm günü” münasibəti ilə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən tədbirlər planına uyğun olaraq Regionu əhatə edən Ağstafa, Qazax və Tovuz rayonlarında Turizm günü münasibəti ilə Qazax rayonu üzrə Avey dağ mağaralarına, Tovuz rayonu üzrə Göytəpə yaşayış məskəninə, Ağstafa rayonu üzrə Keşikçidağ Dövlət Tarix və Mədəniyyət qoruğuna ekskursiyalar təşkil edilmişdir. Ekskursiya vaxtı orada yerləşən onlarla mağaralar kompleksinə gəzinti təşkil edilib. SİA-nın məlumatına görə, Ağstafa Mədəniyyət və Turizm İdarəsinin rəisi R.Quliyev Keşikçidağda yerləşən Sərhəd Qoşunları qarşısında “Ümumdünya Turizm günü”nün əhəmiyyətindən danışaraq qeyd etdi ki, bu günün məqsədi beynəlxalq aləmdə turizm haqqında məlumatlanmanı artırmaq və bunun sosial, mədəni, siyasi və iqtisadi tərəflərini dünya miqyasında nümayiş etdirməkdir.
Sonda musiqiçilər əsgərlər qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB