Bakı üzrə təmsilçilərin ilk görüşü keçirilib

Bakı üzrə təmsilçilərin ilk görüşü keçirilib

Mərdəkan Mədəniyyət Sarayında Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodiki Mərkəzin nəzdində yaradılan “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun Bakı üzrə təmsilçilərinin ilk görüşü keçirilib.

Mərkəzdən SİA-ya bildirilib ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan görüşdə görüləcək işlərdən, reallaşdırılacaq layihələrdən geniş söz açılıb.

Bildirilib ki, məqsəd Bakıdakı gənc mədəniyyət işçiləri arasında əlaqələrin qurulması və onların virtual müstəvidəki fəaliyyətlərinin aparılması, Azərbaycan milli mədəni irsinin turistlərə düzgün çatdırılması, işgüzar yaradıcı mühitdə daha effektiv koordinasiya işlərinin görülməsi və regionlardakı gənclərin ideya zənginliyinin artırılması istiqamətində işlərin fəallaşdırılmasıdır.

Tədbir çərçivəsində Mərkəzlə Ümumdünya Etnoidman Cəmiyyəti (EWS) arasında elmi müəssisələrdə çalışan əməkdaşların müasir peşəkarlıqlarına xidmət edən tədbirlərin görülməsi sahəsində əməkdaşlıq və anlaşma memorandumu imzalanıb.

Tədbirdə şəhərin bütün rayonlarını əhatə edən 200 gənc mədəniyyət işçisi iştirak edib.

Görüşdə mövzu ətrafında geniş müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə