Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Ü.Hacıbəyli IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eldəniz Ələkbərzadənin ifasında dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib. SİA-nın məlumatına görə, anşlaqla keçən konsert tamaşaçılar tərəfindən maraq və gur alqışlarla qarşılanıb.
Qeyd edək ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi 26 sentyabr tarixində Yeni Münhen Filarmonik Orkestrinin konserti ilə baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB