Daşkənddə “Uzbegim” ənənəvi mədəniyyət festivalı keçiriləcək

Daşkənddə “Uzbegim” ənənəvi mədəniyyət festivalı keçiriləcək

Sentyabrın 8-də Daşkənddə “Uzbegim” ənənəvi mədəniyyət festivalı keçiriləcək. Tədbirdə bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. Festivalda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov təmsil edəcəklər.

Tədbir çərçivəsində “Uzbegim” kitabının təqdimatı olacaq, tətbiqi sənət və qostronomik yarmarka, tətbiqi sənət üzrə ustad dərsləri, folklor şou proqramı, kəndirbazların əyləncəli tamaşaları, həmçinin Ginnesin Rekordlar Kitabına düşmək üçün 4,2 metr diametri, 8 min litr tutumu olan qazanda özbək plovunun hazırlanması nəzərdə tutulur.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə