Teatr Xadimləri İttifaqı yeni mövsümün açılışına hazırlaşır

Azərbaycan Teatr Xadimləri İttifaqı yeni mövsümün açılışına hazırlaşır. SİA-nın məlumatına görə, oktyabrın 16-dan 23-dək teatrsevərlər teatrın səhnəsində "Növbəti" tamaşasını görə biləcəklər.

Səhnə əsərində baş rolları Rafiq Əliyev və Murad Eqzarov ifa edirlər. Tamaşanın quruluşçu rejissoru Ələkbər Tağızadə, quruluşçu rəssamı Nazim Bəykişiyevdir.

Oktyabrın 29-da isə "Kaktus gülü" tamaşası təqdim olunacaq. Qeyd edək ki, son iki il ərzində Azərbaycan Teatr Xadimləri İttifaqı tamaşa zalında çoxlu tədbirlər keçirilib. Burada səhnəyə qoyulan yeni tamaşalar, o cümlədən V.Şekspirin "Afinalı Timon" əsəri böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə