Eldar Əliyevin quruluş verdiyi əsər Sankt-Peterburqda

Eldar Əliyevin quruluş verdiyi əsər Sankt-Peterburqda

Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın “Jizel” baleti nümayiş etdiriləcək. SİA-nın teatrın saytına istinadən verdiyi xəbərə görə, səhnə əsərinin quruluşçu baletmeysteri Eldar Əliyevdir. “Jizel” baletinin dünya premyerası 1841-ci ildə Parisdə olub. Əsər Primorsk səhnəsində ilk dəfə 2015-ci ildə nümayiş etdirilib.

Qeyd edək ki, Bakıda anadan olan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin olunub. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə