Şəki Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən yay mövsümü dövründə mədəni xidmətlərin təşkilinə dair tədbirlər planına əsasən konsertlər davam etdirilir. SİA-nın məlumatına görə, suçma diyarşunaslıq evinin, Dərəcənnət folklor klubunun, 16 iyul 2017-ci il tarixdə isə I Biləcik kənd folklor evinin və Ü.Hacıbəyov adına folklor evinin, bədii özfəaliyyət kollektivlərinin birgə iştirakı ilə “Qala Divarları” ərazisində konsert proqramı keçirilmişdir. Konsertdə xarici turistlərlə yanaşı Şəki sakinləri də yaxından iştirak ediblər.
Gənc müğənni Oruc Nəcəfzadənin maraqlı çıxışları və mahnı repertuarı müxtəlif dövlətlərdən gələn turistlərin marağına səbəb olub.
I Biləcik kənd, Ü.Hacıbəyov adına şəhər folklor evlərinin bədii özfəaliyyət kollektivinin maraqlı və yaddaqalan çıxışları şəhər sakinlərinin və turistlərin asudə vaxtlarının səmərəli keçməsi üçün zəmin yaradıb.
Tədbirdə ən çox əylənən uşaqlar oldu. Uşaqların rəqsi, söylədiyi şeirlər konserti daha da rəngarəng edib.
Axşam saatlarında isə B.Ələsgərova adına şəhər folklor və Y.Məmmədov adına şəhər diyarşunaslıq klubları konsert proqramını davam etdirib. Müğənni Sərdar Yunusovun ifasında Azərbaycan xalq və bəstəkar mahnılarının sədaları altında turistlər və şəhərimizin qonaqları rəqs etdilər. Konsertin keçirilməsində əsas məqsəd xarici və yerli turistlərin asudə vaxtlarının səmərəli keçirilməsi, onları milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə yaxından tanış etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB