Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin məzarları ziyarət olunub- FOTOSLAYD

Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin məzarları ziyarət olunub- FOTOSLAYD
Bu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. SİA-nın məlumatına görə, bu münasibətlə dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin Fəxri Xiyabandakı məzarları mədəniyyət ziyalıları tərəfindən ziyarət olunub. Daha sonra Fəxri Xiyabanda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, incəsənət xadimləri və ictimaiyyət təmsilçilərinin iştirakı ilə anım mərasimi keçirilib. Daha sonra isə mədəniyyət işçiləri ulu öndər Heydər Əliyevində məzarını ziyarət etməyi də unutmayıblar.

Mərasimdə Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasından "Şəbi-hicran" simfonik etüdü səsləndirilib, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək dahi bəstəkarın Azərbaycan musiqi sənətinin inkişafından oynadığı roldan danışıb. Üzeyir irsinin qorunub saxlandığını və təbliğ edildiyini deyən nazir, Azərbaycan musiqi sənətini Üzeyir yaradıcılığı olmadan təsəvvür etməyin mümkünsüz olduğunu vurğulayıb.

Mərasimdə Bakı Musiqi Akademiyasının müəllim tələbə heyəti, incəsənət xadimləri də iştirak ediblər. Üzeyir Hacıbəyovun anadan olmasının 125 illiyi ilə əlaqədar tədbirlər davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə