Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin yerlərdə qorunması, təbliği, bərpası və inkişaf etdirilməsi məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində 04-08 iyul 2017-ci il tarixində Masallı regional mərkəz olmaqla Yardımlı, Cəlilabad rayonlarını əhatə edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları olan abidə mühafizəçiləri üçün “Tarixi abidələr bugün və sabah: mühafizə problemləri mövzusunda səyyar seminar-treninq keçirilir. SİA-nın məlumatına görə, səyyar seminar-treninq Mərkəzin direktoru fəlsəfə doktoru Ramazan Şabanov tərəfindən açıq elan edilmişdir. Açılışda Masallı Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov, Masallı Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva da iştirak edib.
Seminar-treninqdə əhatə olunan rayonlar üzrə 28 nəfər abidə mühafizəçisi iştirak edir. Treninqi əhatə edən mövzular Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri əhatə edir, yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası, turizmin inkişafı məsələlərinə həsr olunub. Treninqə Mərkəzin bir qrup əməkdaşları, mütəxəssis olaraq isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sabiq, məsul işçisi, Mərkəzin müəllimi Arif Əliyev, Azərbaycan Turizm və Menecment Universitetinin İctimaiyyətlə əlaqələr Təlim Mərkəzinin əməkdaşı İqbal Aslanlı, Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları İdris Əliyev, Xəqani Alməmmədov və digər mütəxəssis müəllimlər də cəlb olunub.
Treninq 08 iyul tarixinə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB