Məktəblilərin yay tətilini səmərəli keçirməsinin istiqamətləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunun inkişafı, mədəni və intellektual səviyyəsinin formalaşması, mütaliə vərdişlərinin aşılanması, nitqin inkişafı, dərsliklərin təkrar olunması ilə əlaqədar Hacıqabul rayon Mərkəzi kitabxanasının təşkil etdiyi “Əylənək, öyrənək, istirahət edək ” adlı “Yay məktəbi”nin açılışı olub. SİA-nın məlumatına görə, bununla əlaqədar şəhər Folklor klubunda tədbir keçirilib.
Dövlət Himni ilə başlayan tədbiri giriş sözü ilə MKS-nin direktoru Dövran Həsənov açaraq qonaqları salamlamış, “Yay məktəbi” layihəsinin mahiyyəti haqqında geniş məlumat verərək qeyd edib ki, uşaq və yeniyetmələrin yay tətili istirahətinin təşkil edilməsi kütləvi kitabxanaların ənənəvi fəaliyyət istiqamətidir. Bu məqsədlə də, Hacıqabul rayon Mərkəzi kitabxanası yay tətili ərzində şəhər Folklor klubunda təşkil olunacaq “Əylənək, öyrənək, istirahət edək” adlı “Yay məktəbi”ndə hər bir məktəblinin istirahətini təmin etmək ücün lazım olan bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.
Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin Hacıqabul rayon üzrə nümayəndəsi Elnur Əmiraslanov, Hacıqabul rayon Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov çıxış edərək layihənin təşkilatçılarına təşəkkürlərini bildirib, onlara işlərində uğurlar arzulayıblar.
Mərkəzi kitabxananın şöbə müdiri Aytəkin Mirzəyeva tədbirdə iştirak edən valideynlərə keçiriləcək dərslər, təşkil olunacaq intellektual oyunlar haqqında məlumat verib.
Tədbirdə çıxış edən valideynlər öz fikirlərini bölüşmüş, rayonumuzda təşkil olunmuş “Yay məktəbi”nin uğurlu bir layihə olacağına inandıqlarını bildiriblər.
Tədbir məktəblilərin ifasında musiqi proqramı ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB