Xaçmaz rayonunda uzun illərdir ki, fəaliyyətsiz qalmış, "Xəzər" kinoteatrının əsaslı təmirdən sonra açılışı olub. SİA-nın məlumatına görə, rayondakı Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən kinoteatr binası tamamilə yenidən qurularaq filmlərin yüksək səviyyədə nümayişi üçün müasir avadanlıqla təchiz edilib. Kinoteatr binasında 300 nəfərlik iclas və konsert zalları mövcuddur.
Açılış münasibətilə rejissor Ülviyyə Könülün C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkdiyi "Həddən artıq uyğunluq" bədii filmi nümayiş olunub. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin və "Azərbaycanfilm" kinostudiyasının nümayəndələri, "Həddən artıq uyğunluq" filminin yaradıcı heyəti, rayon ictimaiyyəti və kinosevərlər iştirak ediblər.
Rayon sakinlərinin istirahət vaxtlarının daha səmərəli təşkili üçün kinoteatrda gələcəkdə də film və müxtəlif səhnə əsərlərinin nümayiş etdirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB