Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində R.Leonkavallonun “Payatsı” operası təqdim olunub. Teatrdan SİA-ya bildirilib ki, səhnə əsərindəki əsas partiyalardan birini - Kanio partiyasını Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti - Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili ifa edib.
Tonio partiyasında isə Sankt-Peterburqun Mixaylovski Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksandr Kuznetsov çıxış edib. Bundan başqa, operada Azərbaycanın vokal məktəbini Əməkdar artistlər Afaq Abbasova, Cahangir Qurbanov, solistlər Fəhmin Əhmədli və Tural Ağasıyev təmsil edib.
Səhnə əsəri dirijor, Xalq Artisti Yalçın Adıgözəlov tərəfindən idarə olunub. Maraqlı, zəngin səhnə dekorasiyası və məharətli çıxışlar əsəri daha da baxımlı edib, opera maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB