İyulun 8-də Azərbaycanın Əməkdar Artisti Fərqanə Qasımova Norveçin Forde şəhərində “Forde ənənəvi və dünya musiqi festivalı” çərçivəsində konsert proqramı ilə çıxış edəcək. Aga Khan Musiqi Fondunun direktoru Fairouz Nişanovanın dəvəti ilə festivala qatılacaq F.Qasımovanın qala konsertdə də çıxışı gözlənilir.
Qeyd edək ki, xanəndəni Rauf İslamov, Zəki Vəliyev, Cavidan Nəbiyev, Rəfael Əsgərov müşayiət edəcəklər.(AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB