"Almanlar Cənubi Qafqazda: 200 il" mövzusunda tədbir keçirilib

"Almanlar Cənubi Qafqazda: 200 il" mövzusunda tədbir keçirilib

Bu gün Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşkilatçılığı ilə "Almanlar Cənubi Qafqazda: 200 il" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova açıb: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd olunması haqqında" sərəncamına müvafiq olaraq bu tədbiri həyata keçirdirik. Bu hələ başlanğıcdır. Bu sahədə tədbirlərin keçirilməsi, müasir dövrdə Müstəqil Azərbaycan dövlətinin gerçəkləşdirilən siyasətinin multikultiralizm və tolerantlıq prinsipinin bariz nümunəsidir".

Tədbirdə çıxış edən Almaniya Azərbaycan cəmiyyətinin sədri Çingiz Abdullayev tədbir haqqında fikirlərini dilə gətirib: "Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq şəraiti XIX əsrin əvvəllərində buraya köçürülən alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaradıb. Həmçinin milli dəyərlərə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. 25 ildən çoxdur ki, bu sahə ilə bağlı işlər görürük. Cənab Prezident İlham Əliyevin də "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd olunması haqqında" sərəncam imzalaması humanist addımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə