Nazir: "Bölgələrdə elə məkanlar var ki, 10 AZN insanları yerləşdirirlər" AÇIQLAMA

"Hesab edirəm ki , bugünki qiymət siyasətində Azərbaycanda olan qiymət səviyyəsinə uyğun olaraq istirahət üçün qiymətlər normaldır"
Nazir: "Bölgələrdə elə məkanlar var ki, 10 AZN insanları yerləşdirirlər" AÇIQLAMA

"Hesab edirəm ki , bugünki qiymət siyasətində Azərbaycanda olan qiymət səviyyəsinə uyğun olaraq istirahət üçün qiymətlər normaldır". SİA-nın məlumatına bu sözləri tur operator və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Burosunun görüşündə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir əlavə edib ki, bölgələrdə elə məkanlar var ki, 10 AZN insanları yerləşdirirlər : "Siz istəyirsiniz ki, pulsuz istirahət edəsiniz? Mən araşdırma aparmışam. Elə bölgələr var ki, 10 AZN elələri var ki, 30 AZN-ə insanlara təkliflər edir. Bəziləri isə 5-6 nəfərlik ailə üçün 100 manata evlər təklif edir . Bu ölçülər kifayət qədər qəbul olunandır. Mən hesab etmirəm ki, 5 AZN-ə dincəlmək mümkün olsun".

Nazir açıqlamasında onu da bildirib ki, təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqda artıq insanlar hostellərin nə olduğunu aydın təsəvvür edə biləcəklər: "Yaxın zamanda Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam verib. Qanunvericlik çərçivəsində yaşayış binalarında mehmanxana fəaliyyəti ilə məşğul olacağı zaman onun müvafiq şərtlərə əməl olunması lazımdır. Bunun üçün şərtlərin işlənərək hazırlanması ilə bağlı göstərişlər verilib. Bu tapşırıqların üzərində hazırda işləyirik. Təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqda artıq insanlar hostellərin nə olduğunu aydın təsəvvür edəbiləcəklər. Tendensiya göstərir ki, hostellərə insanlar, xüsusilə gənclər tərəfindən maraq var. İnsanlar normal şəraiti olan, şəhərin mərkəzində yerləşən məkanlarda məskunlaşmaq istəyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə