Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında “Luç” Ədəbi-Yaradıcı Birliyinin üzvlərinin iştirakı ilə “Poeziya günü” keçirilib
Kitabxanada “Poeziya günü”

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında “Luç” Ədəbi-Yaradıcı Birliyinin üzvlərinin iştirakı ilə “Poeziya günü” keçirilib. İdarədən SİA-ya bildirilib ki, tədbirdə Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasının direktoru Rəna Biləndərli qonaqları salamlayıb və yaradıcı birliyinin üzvlərini təqdim edib.

Tədbirdə birliyin üzvü, Əfqanıstan və Qarabağ müharibələri veteranı, 3 kitab müəllifi, Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü, şair Ələddin Yaqubovun yaradıcılığından söhbət açılıb.

Şair öz şeirlərini səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə