Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ABŞ-da da qeyd ediləcək

Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ABŞ-da da qeyd ediləcək.

SİA-nın məlumatına görə, Qarabağ Fondunun Avropa və MDB ölkələri üzrə nümayəndəsi Tural Kərimli bildirib ki, Fond bu məqsədlə ilin sonunadək ABŞ-da bir sıra mədəni tədbirlər keçirəcək. Bu tədbirlərə gənc rəssam Həlimə Əsgərovanın "Şuşa" adlı rəsm sərgisi və fotoqrafların əsərlərindən ibarət "Mənim Qarabağım" fotosərgisi daxildir.

Bundan əlavə, fond tərəfindən hazırlanmış və Qarabağ bölgəsinin mətbəxindən bəhs edən kitabın yaxın zamanlarda Vaşinqton və Nyu-York şəhərlərində təqdimatları keçiriləcək.

Qarabağ Fondu 2009-cu ilin noyabrında ABŞ-da yaradılıb və qeyri-hökümət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna malikdir. Fondun əsas məqsədi Qafqaz, o cümlədən Azərbaycan və Qarabağın mədəniyyəti və tarixi haqqında Amerika cəmiyyətini məlumatlandırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə