“Bir addım” mükafata layiq görülüb

Avqustun 28-29-da Ukraynada alternativ kinematoqrafiyanın VIII Beynəlxalq İrpen kinofestivalı keçirilib.

SİA-nın məlumatına görə, dünyanın 56 ölkəsindən təqdim olunan 322 filmdən 32-sinin seçildiyi kinoforum "Peşəkar", "Tələbə", "Həvəskar" və "Müstəqil" nominasiyaları üzrə keçirilib.

Bu tədbirdə ölkəmiz "İmper Qrup" prodüser mərkəzinin istehsal etdiyi qısametrajlı "Bir addım" filmi ilə təmsil olunub.

Fariz Əhmədov və Nərgiz Bağırzadənin rejissorluğu ilə 2009-cu ildə çəkilmiş iyirmi üç dəqiqəlik ekran əsəri festivalın nüfuzlu "Peşəkar" nominasiyasında ikinci yeri tutub.

Alina Abdullayeva və Nərgiz Bağırzadənin ssenarisi əsasında çəkilən film Qarabağ müharibəsində görmə qabiliyyətini itirmiş gənc döyüşçü Yusifin taleyindən bəhs edir. Rollarda gənc aktyorlar Gülzar Qurbanova, Pərviz Məmmədrzayev, Nərminə Kərimova və digərləri çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...