Rusiyanın ən yaşlı aktrisası 104 yaşında vəfat edib

Rusiyanın ən yaşlı aktrisası 104 yaşında vəfat edib

Rusiyanın ən yaşlı aktrisası Varvara İvanovna Şurovetskaya 104 yaşında Rostov şəhərində vəfat edib. Axar.az xəbər verir ki, aktrisanın 25 mayda dünyasını dəyişdiyi bildirilib. Dəfn mərasimi mayın 29-da Şurovetskayanın qaldığı mənzildə keçiriləcək.

Qeyd edək ki, 1913-cü ildə Pitiqorsk şəhərində anadan olan Varvara Şurovetskaya ön və arxa cəbhələrdə Qızıl ordunun əsgərləri üçün teatr tamaşaları təşkil edib. "Pəncəni ver dost!" filmində, "Nadejda Durova", "Sərkərdə Suvorov", "Port-Artur" və s. tamaşalarda oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə