Milli Dram Teatrının səhnəsində yeni tamaşa

Milli Dram Teatrının səhnəsində yeni tamaşa

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti yazıçı Kamal Abdullanın "Bir, iki – bizimki!" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib. SİA-nın məlumatına görə, səhnə əsərinin quruluşçu rejissoru Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin magistrantı Banu Quliyeva, yaradıcı iş rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədovadır.

Tamaşada aktyorlar Vüsal Xalıqoğlu və Rada Nəsibova çıxış ediblər.

Səhnə əsəri qadın və kişinin keçmişi, xatirələri üzərində qurulub. İki nəfərlik oyun onların əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir. Yazıçı beş şəkildən ibarət əsəri "bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı" şəklində təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə