Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək FOTOLAR

Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək FOTOLAR

Mayın 20-21-də Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin və Azərbaycan

Respublikası Milli Tuizm Təbliğat Bürosunun təşkilatçılığı ilə Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək. SİA-nın məlumatına görə, Tədbir "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Respublikası Milli Tuizm Təbliğat Bürosunun təşəbbüsü ilə keçirilən İslam ölkələrinin "Mədəniyət günləri" çərçivəsində baş tutacaq. Səfirliklə yanaşı İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi

tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılacaq. Tədbir iki gün ərzində səhər saat 11-00-dan gecə 00:00-dək davam edəcək.

Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsertlər təqdim olunacaq.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, Tarixi Mehtaran Ansamblı, Türk xalq musiqisindən

Volkan Gözüböyük, Meltem Seyfelioğlu, Türk sənət musiqisindən Günay Şimşek, Yıldız Çam Özdemir kimi görkəmli sənət ustaları iştirak

edəcəklər. Bundan başqa Türkiyənin Dövlət Operasının məşhur tenoru Emrah Sözer və sopranosu Aslı Kıyıcı ziyarətçilərə ayrı-ayrı operalardan parçalar təqdim edəcəklər. Tədbirin xüsusi qonaqları arasında Niran Ünsal və Burak Kut kimi populyar müğənnilər var. N.Ünsal şənbə, B.Kut isə bazar günü, gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcək. Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər. Bundan başqa, Türkiyənin

Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-şairlərinin Azərbaycanda

çap olunmuş əsərləri sərgilənəcək. Həmçinin, tədbir meydanındakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri nümayiş olunacaq.

Tədbirin açılış mərasimi sabah saat 18:00-da baş tutacaq. Mərasimdə Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyə Mədəniyyət və Turizm

Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Milli Tuizm Təbliğat Bürosunun rəsmi nümayəndələri, media mənsubları və çoxsaylı qonaqlar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə