Ədəbi aləmdə öz qələmi ilə bilinən, peşəkar şairlərlə yanaşı, yenicə tanınmağa başlayan istedadlı gənc ədiblərin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Söz" ədəbiyyat layihəsinin direktoru, şairə Nigar Həsən-zadənin təşkilatçılığı ilə "O2" adlı ədəbi-bədii gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Dövlət "YUĞ" teatrında baş tutacaq. Gecədə Şəhriyar del Gerani, Könül Arif, Fərid Hüseyn, Qismət Rüstəmov, Aysel Fikrət, Günel Bağıyeva Ruhi, Zaur Rəxşan və Saleh Səbat şeirlərini səsləndirəcəklər.
Qeyd edək ki, ədəbiyyatı, şeiri sevən hər kəs tədbirə dəvətlidir. Giriş sərbəstdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB