Kiyevdə “Eurovision-2017” mahnı yarışmasının ilk yarımfinalı keçiriləcək

Kiyevdə “Eurovision-2017” mahnı yarışmasının ilk yarımfinalı keçiriləcək

Bu gün Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. SİA-nın məlumatına görə, birinci yarımfinalda Azərbaycan, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və digər ölkələri təmsil edən iştirakçılar səhnəyə çıxacaqlar.

Mahnı yarışmasının ikinci yarımfinalı mayın 11-nə planlaşdırılır. Final isə mayın 13-də olacaq. Müsabiqədə ümumilikdə 42 ölkədən musiqiçilər iştirak edirlər.

Xatırladaq ki, müsabiqənin rəsmi açılış mərasimi mayın 7-də olub.

Budəfəki mahnı müsabiqəsi siyasi qalmaqalla yadda qalıb. Ukrayna tərəfi Krımdakı çıxışına görə Rusiya müğənnisi Yuliya Samoylovanı ölkəyə buraxmayıb. Bu səbəbdən Rusiyanın 1-ci telekanalı "Eurovision-2017" mahnı müsabiqəsini yayımlamaqdan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə