Əbülfəs Qarayev gürcü nazirlə görüşüb FOTOLAR

Əbülfəs Qarayev gürcü nazirlə görüşüb FOTOLAR

Bakı Konqres Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze arasında görüş keçirilib. SİA-nın məlumatına görə, nazir Əbülfəs Qarayev Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlığın mədəni sahələrdə də əlaqələrin inkişafına geniş imkanlar yaratdığını vurğuladı. İkitərəfli münasibətlərdən, mədəniyyət sahəsində həyata keçirilən layihələrdən və gələcəkdə nəzərdə tutulan birgə tədbirlərdən söhbət açılıb.

Mixeil Giorqadze səmimi qəbula görə Əbülfəs Qarayevə öz təşəkkürünü bildirib. Gürcü nazir IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun dünyada mədəni müxtəlifliyin təbliğinə, qarşılıqlı anlaşmanın vacibliyinə verdiyi töhfələri yüksək qiymətləndirib. İki ölkə arasında həyata keçirilən birgə mədəni əlaqələrdən danışaraq, əməkdaşlığın bundan sonrakı inkişafı üçün də müəyyən addımların atılacağına ümidvar olduğunu bildirib.

Görüş Azərbaycan və Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə