“Cırtdan və dostları” səhnədə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cırtdan və dostları" adlı nağıl-tamaşa göstərilib. SİA-nın məlumatına görə, səhnə əsəri F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanıb.

Əvvəlcə teatrın foyesində dünya xalqlarının nağıllarından ibarət kitab sərgisi və istedadlı uşaqların müxtəlif dünya xalqlarının nağıllarına çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət sərgi nümayiş olunub.

Göstərilən nağıl-tamaşanın əsas məqsədi uşaqların ədəbiyyata, folklorumuza, nağıllarımıza və mütaliəyə olan maraqlarını artırmaqdır.

Nağıl-tamaşa uşaqların marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə