Azərbaycan Turizm və Menecment Universitetində rector səlahiyyətlərini icra edən s.ü.f.d.,dos. Eldar Aslanov Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Lobartini Floreslə görüşüb. SİA-nın məlumatına görə, qonaqlara ali təhsil ocağı haqqında məlumat verən E.Aslanov dünyanın nüfuzlu ali məktəbləri və turizm sənaye müəssisələri ilə əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən söz açıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir söhbət əsnasında iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinə toxunub.
Görüşün sonunda səfir ATMU-nun Meksikanın bir neçə universiteti ilə əlaqə qurmasında, tələbə-müəllim mübadiləsi sahəsində, o cümlədən universitet tələbələri üçün Meksikanın turizm müəssisələrində məqsədli təcrübə semestrinin təşkilində maraqlı olduqlarını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB