Bakı Musiqi Akademiyasında psixoloji yardım üzrə metodiki təlim keçirilib
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Qızıl Aypara Cəmiyyətinin layihəsi çərçivəsində psixoloji yardım üzrə metodiki təlim keçirilib. BMA-nın mətbuat xidmətindən SİA-ya bildirilib ki, tədbirdə psixoloq İsmayıl Atayev tələbələrə stress, depressiya və intihara cəhd mövzularında mühazirə deyib, onlar arasında ətraflı diskussiya təşkil edib.
Qızıl Aypara Cəmiyyətinin maarifləndirici layihəsi təhsil ocaqlarında silsilə şəklində keçirilir. Psixoloq İsmayıl Atayev tələbələrin suallarını cavablandırmaq məqsədilə fərqli təhsil müəssisələrində davamlı olaraq belə tədbirlərin təşkilinin əhəmiyyətindən danışıb. Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB