Kamera və Orqan Musiqi Zalında istedadlı gənclərin ifasında klassik gecə keçiriləcək. SİA-nın məlumatına görə, aprelin 28-də Kamera və Orqan Musiqi zalında keçirilməsi nəzərdə tutulan konsert "Mədəniyyət" kanalının, Azərbaycan Radiosunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyası, Bakı Musiqi Akademiyasının birgə layihəsi çərçivəsində baş tutacaq.
Növbəti layihə mayın 11-də Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Milli Kamera Ansamblının konsertində xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, əməkdar artistlər Lalə Məmmədova və İlahə Əfəndiyeva, müğənnilər Sərxan Bünyadzadə, Babək Quliyev, Türkay Məlikova, Taleh Yəhyayev çıxış edəcəklər. Ansamblın bədii rəhbəri Arzu Səlimovadır.
İyunun 1-i "Uşaqların Beynəlxalq Müdafiəsi" Günü münasibəti ilə Heydər Əliyev Sarayında "Pillə" adı altında konsertin keçirilməsi nəzərdə tutulur. Tədbir "Mədəniyyət" Kanalı, Azərbaycan Radiosunun təşkilatçılığı ilə Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə layihəsi əsasında keçiriləcək. Konsert mayın 29-da Heydər Əliyev Sarayında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB