“Bakı əsrlərin aynasında” sənədli filmi təqdim olunub

“Bakı əsrlərin aynasında” sənədli filmi təqdim olunub

Nizami Kino Mərkəzində "Bakı əsrlərin aynasında" sənədli filminin təqdimatı olub. SİA-nın məlumatına görə, film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Salnamə" kinostudiyasında ekranlaşdırılıb.

Filmin ssenari müəllifi Rusiyanın tanınmış kinematoqrafçıları Sergey Şaçen, rejissoru isə Nataliya Zavazniyenkodur.

Ekran əsəri Bakımızın zəngin tarixinə, gözəlliklərinə və paytaxtımızda aparılan abadlıq-quruculuq işlərinə işıq salır.

Bütün xəbərlər Facebook səhifəmizdə