Praqada “Nabat” filmi nümayiş etdirilib

Praqada “Nabat” filmi nümayiş etdirilib

Praqanın məşhur "Lucerna" kinoteatrında rejissor Elçin Musaoğlunun "Nabat" filmi nümayiş etdirilib. Filmin nümayişi Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə "Qafqaz: insanlar və müharibə" kampaniyası çərçivəsində baş tutub. Ölkəmizin Çexiyadakı səfirliyindən SİA-ya bildirilib ki, filmin nümayişində yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak edib. Filmin təqdim etdirildiyi zalın girişində tamaşaçılara Ermənistan-Azərbaycan münaqişəsinə dair kitab və broşürlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə