Aprelin 12-də Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. SİA-nın məlumatına görə, sənədi Fondun prezidenti Günay Əfəndiyeva və Mərkəzin baş direktoru Halit Eren imzalayıblar.
Memorandumun imzalanması türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi işinin daha mütəşəkkil formada aparılmasına imkan verəcək. Sənəddə bir sıra ortaq layihələrin reallaşdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB