“Wellness by Oriflame" layihəsi ilə düzgün arıqlamağın yolları
Bu gün "Wellness by Oriflame" media mənsublarına yeni layihəsini təqdim edib. SİA-nın məlumatına görə, mətbuat konfransında "Oriflame" şirkətinin Azərbaycandakı baş direktoru Kemal Kaya, fitness treynerləri Fərhad Heydərov, Tural Aslanov, İsmayıl Aslanov və həkim nutrioloq-dietoloq Leyla Zülfüqarlı iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Oriflame" şirkətinin Azərbaycandakı baş direktoru Kemal Kaya layihə haqqında danışıb: ""Wellness by Oriflame" dünya üzrə məşhur İsveç alimləri və dietoloqları tərəfindən hazırlanaraq sınaqlardan keçən yüksək keyfiyyətli məhsullardır. Buraya yüksək keyfiyyətli müxtəlif kokteyllər, şorbalar, batonlar, kişi, qadın və uşaqlar üçün nəzərdə tutulmuş qida əlavələri daxildir. Zəngin zülal, yağ və karbohidratlar mənbəyi olan Neçural Balans kokteyli ilk öncə ciddi ağ ciyər xəstəlikləri olan xəstələr üçün orqanizmin qidalanma mənbəyi kimi işlənib, hazırlanıb. Bu məhsullar sağlam insanlar tərəfindən istifadə olunduqda özlərini uzunmüddətli tox hiss edərlər. Sözügedən məhsulların tərkibində QMA, süni rəngləyici, konservant və aramatizorlar yoxdur. Bütün bu keyfiyyətlərinə görə, Velnes məhsulları dünyanın 44 ölkəsində satılır. Bu layihə 3 ay davam edəcək".
Mətbuat konfransında çıxış edən həkim nutrioloq-dietoloq Leyla Zülfüqarlı Velnes məhsulları sadəcə enerji mənbəyi deyil, həm gözəl əhval-ruhiyyə, gözəl forma, möhtəşəm dəri və bütün ailə üçün sağlamlıq deməkdir. Bu layihə ərzində xanımlarımız sağlam arıqlayacaq. Onu da deyim ki, sağlam arıqlamaq üçün şəkərə son deməliyik. Ən əsası artıq qidalar qəbul etməməliyik".
Tədbirdə fitness treynerləri Fərhad Heydərov, Tural Aslanov, İsmayıl Aslanov insanları düzgün yolla arıqlamağa səsləyib. Onlar hər kəsə idman edib, normal qayda da qidalanmağı məsləhət görüblər.
Qeyd edək ki, mətbuat konfransı jurnalistlərin sualları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB