2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən AMEA Milli Azərbaycan Tarixi Muzeyində silsilə mühazirələr təşkil olunur. SİA-nın məlumatına görə, muzeydə növbəti "Səudiyyə Ərəbistanı hökümətinin dini ziyarətlərin təşkili təcrübəsi: iki Müqəddəs Məscid Xadiminin qonaqları proqramı" adlı mühazirə, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşı, t.ü.f.d. Fərda Əsədovd tərəfindən oxunub. Mühazirəni dinləyici qismində Bakı İslam Universitetinin tələbələri və muzey əməkdaşları iştirak ediblər. Mühazirədə Səudiyyə Ərəbistanı Krallığının qeyri ərəb ölkələrinin alim, yaradıcı ziyalı və ictimai xadimləri üçün nəzərdə tutulmuş proqramın haqqında ətraflı məlumat verilib. Foto və video-slaydlarla müşayiət olunan məruzə dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB