Azərbaycan-Gürcüstan folklor festivalı keçirilib

Azərbaycan-Gürcüstan folklor festivalı keçirilib

Mərdəkan Mədəniyyət Sarayında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan-Gürcüstan folklor festivalı keçirilib. Baş İdarədən SİA-ya bildirilib ki, festivalda Gürcüstandan olan "Barakoni" və Mərdəkan Mədəniyyət Sarayında fəaliyyət göstərən "Lalələr" rəqs ansamblları çıxış ediblər.

Gürcüstanın "Barakoni" rəqs ansamblının bədii rəhbərləri Zorab Parçanadze və Kvansa Melitauri , Mərdəkanın "Lalələr" rəqs ansamblının bədii rəhbəri isə Dilbər Abdullayevadır.

Festival zamanı Azərbaycanın "Qaval rəqsi", "Sarı gəlin", Gürcüstanın "Lazuri", "Moxivuri", "Abxazuri" rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə