Əməkdar rəssamımızın əsərləri beynəlxalq sərgidə

Əməkdar rəssamımızın əsərləri beynəlxalq sərgidə

Amerikanın İndiana ştatının Noblesville şəhərində beynəlxalq sərgi açılacaq. Dünyanın tanınmış rəssamlarının, eləcə də 74 ölkənin təmsilçilərinin qatılacağı sərgi Amerikanın incəsənət qalereyasi World of Art təşkilatının rəhbəri xanım Cinny Lei Jimenez tərəfindən həyata keçiriləcək. SİA-nın məlumatına görə, bu sərgidə həmyerlimiz, Əməkdar Rəssam Mehriban Əfəndinin bir neçə əsəri yer alacaq. Bu qalereya ilə 2012-ci ildən əməkdaşlığa başlayan fırça ustası sərgilərdə Azərbaycan rəssamlığını layiqincə təmsil və təbliğ edir.

Bütün xəbərlər Facebook səhifəmizdə