Gültəkin Nəriman: "Builki bayram karvanı bir sıra yeniliklərlə əlamətdardır"

Gültəkin Nəriman: "Builki bayram karvanı bir sıra yeniliklərlə əlamətdardır"

Bakı Şəhər İcra Hakimiyyəti hər il olduğu kimi bu il də "İlaxır çərşənbə"ni təntənəli şəkildə qeyd edir. Builki bayram karvanı bir sıra yeniliklərlə əlamətdardır. Bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin rəhbəri Gültəkin Nəriman deyib.

"Bu ilki bayram karvanına ilk dəfə olaraq bir yaşlı "Bahar" adlı ağ dəvə də qatılıb. Həmçinin, bayram karvanında səmənin və 4 ünsürün rəmzi olmaqla beş fayton iştirak edir", - deyə G.Nəriman bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə