“Yuğ” Teatrının direktoru beynəlxalq seminarda

“Yuğ” Teatrının direktoru beynəlxalq seminarda

Martın 5-də İran İslam Respublikasının paytaxtında beynəlxalq teatr seminarı işə başlayacaq. Tədbirdə ölkəmizi Azərbaycan Dövlət "Yuğ" Teatrının direktoru Tərlan Rəsulov təmsil edəcək. Teatrdan SİA-ya bildirilib ki, Dramatik İncəsənət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan "Özəl və dövlət teatrları arasında münasibət" adlı seminarda Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Meksika, İspaniya, Nigeriya, Gürcüstan, Macarıstan, Almaniya, Hindistan və Qazaxıstandan nüfuzlu teatr xadimləri iştirak edəcəklər. Teatr direktorlarının, prodüserlərin, rejissorların və teatrşünasların qatılacağı seminar beynəlxalq teatr əlaqələrinin qurulmasını, teatr idarəetməsi ilə bağlı təcrübə mübadiləsini və elmi müzakirələrin keçirilməsini qarşıya məqsəd qoyub.

Səfər çərçivəsində T.Rəsulov iranlı teatr xadimləri ilə görüşəcək və Azərbaycan-İran teatr münasibətlərinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri haqqında müzakirələr aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə