Timur Əsgərov Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının səhnəsində

Timur Əsgərov Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının səhnəsində

Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Fredrik Aştonun "Marqarita və Arman" baleti nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, "Mariya-2" səhnəsində nümayiş olunacaq səhnə əsərində gənc balet artisti Timur Əsgərov Armanın partiyasını ifa edəcək. Baletin dünya premyerası 1963-cü il martın 12-də Londonda Kral Opera Teatrında olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü il iyulun 8-də nümayiş etdirilib.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə