Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi Azərbaycan Dövlət Kənd Təsərrüfatı muzeyi ilə birlikdə "Xocalı fəryadı" adlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə muzeyin direktoru Natiq Qurbanov açıb. O, 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsindən, öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqlarının məqsədlərindən, Dağlıq Qarabağ və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq niyyətlərindən, mənfur düşmənin öz niyyətlərinə çata bilmədiklərindən danışıb.
Sonra Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin Elmi işlər üzrə direktor müavini Nairə Sadıxova çıxış edərək, bu faciə bütün Azərbaycan xalqına, ələlxüsus Xocalı sakinlərinə sağalmaz yaraların və mənəvi zərbələrin vurulmasından, qeyri bərabər döyüşdən, xocalıların igidliklə vuruşub düşmən qarşısında əyilməməsindən, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazılmasından söhbət edib.
Sonda tədbir iştirakçıları gənc rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nazim Məmmədovun Xocalı faciəsinə həsr etdiyi rəsm əsərləri ilə yaxından tanış oldular və "Ümid" filminə tamaşa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB