Müasir İncəsənət Mərkəzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, Azərbaycan Rəssamlıq İttifaqının üzvü Günel Hüseynova və şagirdi Adil Dəmirtaşın "Şərqdən Qərbə səyahət" adlı fərdi sərgisinin açılışı olub. SİA-nın məlumatına görə, sərgidə müxtəlif texnikalarla işlənmiş 150-dən artıq əsər nümayiş olunub. Bu əsərlərin 30-u şagird Adil Dəmirtaşa digərləri isə müəlliminə məxsusdur. Sərgidə çıxış edən Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov bildirmişdir ki, təqdim edilən sənət nümunələri özündə sevgi, böyük enerji və müəllif duyğularını əks etdirir. Bu əsərlər tamaşaçını maraqlandırmaqla yanaşı həm təəccübləndirir həm də düşündürür. Hər iki səbəbkara gələcək işlərində böyük nailiyyətlər arzulayıram.
Sərgidə nümayiş olunan əsərlər, şüşə üzərində rəsmlər, rəngkarlıq, vitraj, keramika və dekorativ-tətbiq nümunələri böyük maraqla qarşılanıb.
Qeyd edək ki, bu ilin mart ayında Günel Hüseynovanın İtaliya, İspaniya və Fransada sərgisinin keçirilməsi nəzərdə tutulur.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB