Fevralın 23-də Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisi "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının dəstəyi ilə Lüksemburqda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən musiqi proqramı təqdim edəcək. SİA-nın məlumatına görə, bu barədə məlumatı Avropa Azərbaycan Cəmiyyəti özünün "Facebook" səhifəsində yerləşdirib.
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təqdim ediləcək musiqi proqramında Nəzrin Əfəndiyeva (fortepiano), Astrid Qallez (yan fleyta) və Mari-Karmen Suarez (skripka) Azərbaycan, alman, rus və fransız bəstəkarlarının klassik və müasir əsərlərini səsləndirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB