Tbilisi şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun ikinci iclasında iştirak məqsədilə nazir müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda səfərdədir.SİA-nın məlumatına görə, səfər çərçivəsində rəsmi açılışının cari ilin mart ayında baş tutacağı N.Nərimanovun Tbilisi şəhərindəki Ev-Muzeyinə baxış keçirildi, görülmüş işlər barədə nazir müavininə məlumat verilib.
Daha sonra Gürcüstanın məşhur rəssamı Yelena Axvledianinin Ev-Muzeyi ziyarət edildi, nümayəndə heyəti David Lordkipanidzenin rəhbərlik etdiyi müəssisənin fəaliyyəti ilə tanış olub.
Sevda Məmmədəliyeva tədbiri işıqlandıran Gürcüstanın "İmedi" telekanalına müsahibə verdi, Gürcüstan ilə Azərbaycan arasında mədəniyyət sahəsində mövcud olan yüksək səviyyəli əməkdaşlıq barəsində danışıb.
Həmin gün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun 2-ci iclası keçirildi. İclasın açılış nitqində Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyətinə dair Gürcüstan tərəfinin razılığını ifadə edib. Sevda Məmmədəliyeva öz növbəsində Gürcüstan ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın bir çox sahələrdə olduğu kimi xalqlarımızın tarixi dostluq münasibətlərinə əsaslandığını vurğuladı və əlaqələrin genişləndirilməsi üçün potensialın olduğunu qeyd etdi. Daha sonra iclasın gündəliyində duran məsələlərin müzakirəsinə başlanılıb.
Sevda Məmmədəliyeva ölkəmizdə mədəniyyət sahəsində aparılan islahatlar, yeni layihə və tədbirlər barədə iclas iştirakçılarına məlumat verib. Qarşı tərəf Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsinə marağını ifadə edib. Sevda Məmmədəliyeva mütəmadi olaraq qarşılıqlı məlumat mübadiləsinin aparılmasının, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.
İclasdan sonra Sevda Məmmədəliyeva Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze ilə görüşüb. Nazir Azərbaycan ilə Gürcüstan arasında digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində əməkdaşlığın bir çox ölkələrə nümunə olduğunu qeyd edib, beynəlxalq təşkilatlar, xüsusilə YUNESKO çərçivəsində Gürcüstana göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Sevda Məmmədəliyeva Azərbaycanın mədəniyyət sahəsi üzrə beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO-nun Ümumdünya İrs Komitəsi çərçivəsində daim Gürcüstanın yanında olduğunu qeyd edib.
Görüş əsnasında həmçinin Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin beynəlxalq səviyyədə birgə qeyd olunması imkanları nəzərdən keçirilib.
Nazir müavini cari ilin 5-6 may tarixində ölkəmizdə dördüncü dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verdi və Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadzenin rəhbərliyi ilə nümayəndə heyətinin tədbirdə iştirakına dair Nazir Əbülfəs Qarayevin dəvətini nəzərə çatdırıb.
Mixeil Giorqadze dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirərək, Azərbaycanlı həmkarı cənab Əbülfəs Qarayevə səmimi salamlarını və təşəkkürünü bildirib.
.jpg)

.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB