Bakıda yapon filmləri festivalı başlayır

Bakıda yapon filmləri festivalı başlayır

Yanvarın 27-29-da Bakıdakı Landmark kinoklubda Yapon filmləri festivalı keçiriləcək. SİA-nın Yaponiyanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, festival "Sən yaxşı uşaqsan" filminin nümayişi ilə başlayacaq. Növbəti günlər isə "Məktub", "Çevrəmizdəkilər", "Pekorosun anası ilə görüş", "Kaitan şəhərinin əhvalatları" filmləri təqdim olunacaq.

Zala giriş sərbəstdir və heç bir ödəniş tələb olumur. Filmlərin səslənməsi yapon dilində, alt yazı Azərbaycan və yalnız bir seansda ingilis dilində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə