Fevralın 3-də Rusiyanın Xalq Artisti, dünya şöhrətli dirijor Valeri Xlebnikovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri möhtəşəm konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək.
Konsertin solistləri Şimali Osetiya-Alaniya Respublikasının əməkdar artisti Svetlana Qabuyeva (mezzo-soprano) və Azərbaycanın Əməkdar Artisti Fəridə Məmmədova (soprano) olacaq.
Konsert çərçivəsində Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB