Azərbaycan Turizm və Menecment Universitetində bayram tədbiri FOTO
Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatı və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının həmrəyliyi və Yeni təqvim ili münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, bayram tədbirində ATMU-da rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dosent Eldar Aslanov bildirib ki, yeni təqvim ili ərəfəsində, eyni zamanda "Universitet günü"nün ikinci ilini də qeyd edirik. Həmin günü təhsil, tədris, təlim sahəsində fəaliyyətimizin hesabatı kimi dəyərləndirə bilərik. "Bayram çələngi" konsert proqramı ilə başa çatan şənlikdə dama və şahmat yarışlarının qaliblərinə qiymətli hədiyyələr və diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB