Balakən rayonunda fəaliyyət göstərən ayrı-ayrı mədəniyyət müəssisələrində Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad olunması ilə bağlı silsilə tədbirlər davam edir. SİA-nın məlumatına görə, dekabr ayının 1-dən başlayaraq Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsinin gənc nəslə təbliği və öyrənilməsi üçün orta məktəb şagirdləri üçün mühazirələr, şeir müsabiqələri, kitabxanalarda, kənd klub və mədəniyyət evlərində dəyirmi masalar, ədəbi-bədi kompozisiyalar keçirilib, dövləti və xalqı uğrunda misilsiz xidmətlər göstərən dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən filmlər göstərilib.
Dekabr ayının 12-də Ulu öndərin abidəsi önünə tər çiçəklər qoyulmuş, daha sonra Balakən rayon Mədəniyyət Mərkəzində İrəvan Dövlət Azərbaycan Dram Teatrının ifasında əməkdar mədəniyyət işçisi, şair-dramaturq, teatrın direktoru İftixar Piriyevin "Qurtuluş dastanı" tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşası nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB