Kukla Teatrının direktoru vəfat edib
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcılarından biri, teatrın keçmiş direktoru Hüseyn Əhmədov vəfat edib. SİA-nın məlumatına görə, bu barədə Kukla Teatrının direktoru Rəşad Əhmədzadə məlumat yayıb. Qeyd edək ki, Hüseyn Həsən oğlu Əhmədov Azərbaycan Dövlət Kukla Teatrının 1965-1969-cu illərdə direktoru vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə