Əbülfəs Qarayev Tbilisidə səfərdədir

Əbülfəs Qarayev Tbilisidə səfərdədir

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın paytaxtı Tbilisiyə səfərə gedib. SİA-nın məlumatına görə, səfər çərçivəsində nazir Əbülfəs Qarayev Avropa İttifaqı və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin təşkil etdiyi beynəlxalq forumda iştirak edəcək.

Nazir, eyni zamanda, bir sıra görüşlər keçirəcək, tarixi abidələrə baş çəkəcək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Tbilisinin mərkəzi parkında ucaldılmış abidəsi önünə əklil qoyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə