Otellərin restoran işçiləri üçün təlim kursları təşkil olunub FOTOLAR

Otellərin restoran işçiləri üçün təlim kursları təşkil olunub FOTOLAR

Bakı şəhərində yerləşən otellərin restoran işçiləri üçün təlim kursları təşkil olunub. SİA-nın məlumatına görə, restoran sahəsində işçilərin peşəkar səviyyəsini artırmaq məqsədilə respublikada ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı Turizm İnformasiya Mərkəzi ASPI AQRO MMC (SAVALAN şərabçılıq şirkəti) ilə birlikdə 2016-cı il dekabrın 5-8-tarixlərində "Somelye" məktəb layihəsi çərçivəsində Park İnn otelində 50 nəfər Bakı şəhərində yerləşən otellərin restoran işçiləri üçün təlim kursları təşkil olunub.

Somelye kurslarının keçirilməsi üçün Ukraynadan "Master-Klass" somelye məktəbinin rəhbərləri Nikolay Blaqopoluçnıy və Natalya Blaqopoluçnaya dəvət olunub. Kurs iştirakçılarına şərabın qoxusuna görə onun keyfiyyətini, üzümün növünü və bəzən hətta onun hansı regiona məxsus olduğunu, yaşını müəyyən edilməsi üsulları nümayiş etdirilib. Eyni zamanda kurs proqramına praktiki məşqlər və şərabların dequstasiyası daxil edilib.

Kursların sonunda şərab mədəniyyəti haqqında bilgilərin əldə edilməsinə görə kurs iştirakçılarına müvafiq sertifikat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə